Icma.az, Demokrat.az saytına istinadən bildirir.
Amerikalı televiziya ulduzu Brittani Kartrayt keçmiş həyat yoldaşı Caks Teylorun uzun illər yaxın dostu və keçmiş mətbuat katibi Lori Krebslə münasibət yaşaması barədə ilk dəfə danışıb.
Demokrat.az xəbər verir ki, reality-şou ulduzu "People" jurnalına müsahibəsində baş verənləri "tam xəyanət" adlandıraraq, keçmiş rəfiqəsinin ona bacı kimi yaxın olduğunu bildirib.
Cütlük 2015-ci ildə tanış olub, 2019-cu ildə evlənib və 2021-ci ildə Kruz adlı oğulları dünyaya gəlib. Onlar 2024-cü ilin əvvəlində ayrıldıqlarını açıqlayıb, həmin ilin avqustunda isə boşanma prosesi başlayıb. Məhkəmə işi hələ də davam edir.
Qalmaqal ötən ay Meksikada Caks Teylor və Lori Krebsin birlikdə çəkilmiş fotolarının yayılmasından sonra gündəmə gəlib. Maraqlı məqam isə Lori Krebsin uzun illər həm Teylorun, həm də Kartraytın mətbuat katibi və yaxın əməkdaşı olmasıdır.
Brittani Kartrayt bildirib ki, Lori Krebs təkcə peşəkar əməkdaşı olmayıb, həm də həyatının ən çətin dövrlərində yanında olub: "O, mənim üçün bacı idi. Boşanma prosesində mənə dəstək olurdu, oğlumun yaşadıqlarını görüb məni qucaqlayırdı. Amma sonda düşmənlə eyni tərəfdə yer aldı. Bu, tam xəyanətdir".
Kartraytın sözlərinə görə, Lori Krebs münasibətlərinin üzə çıxmasından bir qədər əvvəl ona mesaj göndərərək xəbərin ağır təsir edəcəyini bildirmiş və son aylarda Caks Teylorla yaxınlaşdığını etiraf edib. Lakin aktrisa bu münasibətin boşanma prosesindən əvvəl başladığına inandığını vurğulayıb.
O, keçmiş dostuna cavab olaraq "Sən mənim üçün artıq yoxsan" məzmunlu mesaj göndərdiyini və həmin vaxtdan bəri onunla heç bir əlaqə saxlamadığını deyib.
Boşanma prosesinin uzanmasından da şikayətlənən Kartrayt bildirib ki, artıq iki ildən çoxdur bu nikahı rəsmi şəkildə bitirməyə çalışır.
"Həyatımdan iki ilan birdən çıxdı. İndi onların olmaması ilə hər şeyin daha yaxşı olacağına inanıram. Güclü qadınam və oğlum üçün ayaqda qalacağam", deyə televiziya ulduzu əlavə edib.
Jalə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Demokrat.az xəbər verir ki, reality-şou ulduzu "People" jurnalına müsahibəsində baş verənləri "tam xəyanət" adlandıraraq, keçmiş rəfiqəsinin ona bacı kimi yaxın olduğunu bildirib.