Keçmiş “Fənərbaxça”lı Əl Nəsr in hədəfində

11.06.2025

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Səudiyyə Ərəbistanı təmsilçilərindən “Əl-Nəsr” hazırda “Bavariya” forması geyinən Kim Min-Ceni heyətinə qatmaq istəyir. 

Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, "Əl-Nəsr" 28 yaşlı müdafiəçini heyətinə qatmaq üçün “Bavariya”nın qapısını döyüb.

Sabiq “Fənərbaxça”lının bu transferə müsbət yanaşdığı bildirilir.

Ötən mövsüm "Napoli"dən 50 milyon avro qarşılığında Almaniya təmsilçisinə transfer olan cənubi koreyalı futbolçu komandasında çıxdığı 79 matçda 4 qol, 2 məhsuldar ötürməyə imza atıb. 

Qeyd edək ki, koreyalı müdafiəçinin Bundesliqa çempionu ilə müqaviləsi 2028-ci ilin iyun ayında başa çatacaq.

“Bavariya”nın əsas hədəfi: Niko Uilyams De Bruynenin "Napoli" ilə müqavilə detalları müəyyənləşdi Niderland millisinin üzvü rəsmən "Siti"də Virtz transferi Premyer Liqa tarixinə düşəcək “Qalatasaray” Sane ilə anlaşıb
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью