Keçmiş futbolçu Gürcüstanın prezidenti olacaq

27.11.2024

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

“Mançester Siti”nin keçmiş futbolçusu Mixail Kavelaşvili Gürcüstan prezidenti ola bilər.

QOL.az xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.

Ölkənin hakim “Gürcü arzusu” partiyası Kavelaşvilinin namizədliyini irəli sürüb.

Gürcüstanda prezident seçkiləri dekabrın 14-də keçiriləcək, yeni prezidentin andiçmə mərasimi isə dekabrın 29-da olacaq. Bu il ilk dəfə olaraq prezident seçkiləri 300 nəfərdən ibarət seçki kollegiyası tərəfindən keçiriləcək.

Qeyd edək ki, Kavelaşvili "Dinamo" (Tibilisi) ilə dəfələlə Gürcüstan çempionu olub.O, 1991-2002-ci illərdə Gürcüstan millisinin formasını geyinib. 53 yaşlı sabiq hücumçu 1995-1997-ci illərdə "Mançester Siti"də də oynayıb. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью