Keçmiş futbolçu ölkə prezidenti olacaq: İvanişvili

27.11.2024

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası Gürcüstan prezidenti postuna deputat və keçmiş futbolçu Mixail Kavelaşvilinin namizədliyini irəli sürüb.

Gununsesi.info xəbər verir ki, bunu Gürcü Arzusu Partiyasının təsisçisi Bidzina İvanişvili partiyanın mərkəzi ofisində keçirilən iclasında elan edib.

“Məmnuniyyətlə demək istəyirəm ki, partiyanın siyasi şurasının qərarına əsasən, Mixail Kavelaşvilinin namizədliyini Gürcüstan prezidenti vəzifəsinə irəli sürürəm. Kavelaşvili xarici qüvvəyə deyil, Gürcüstan dövlətinin və xalqının maraqlarına xidmət edəcək”, – İvanişvili bildirib.

Qeyd edək ki, noyabrın 26-da Gürcüstan parlamenti prezident seçkilərinin dekabrın 14-nə, andiçmə mərasiminin isə dekabrın 29-na təyin edilməsini təsdiqləyib.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью