“Keçmiş gəlinimi çox sevirəm, oğlum onunla nə problem yaşayıb özü bilər”

28.11.2025

Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Sabir bəyin bəyin anası yer üzündə tanıdığım ən gözəl analardan biri idi. 9 oğulun anası, 9 gəlinin qayınanası idi. Bir gəlinin sözünü bir gəlıinə demirdi".

Axşam.az xəbər verir ki, bu sözləri millət vəkili Tənzilə Rüstəmxanlı iş xanımı Ruhi Əliyevanın "Qaranlıqda həqiqət" yutub layihəsində deyib. O, həyat yoldaşı, Xalq şairi Sabir Rüstəmxanlının anasından danışıb. 

T.Rüstəmxanlı oğlu Cəmil Rüstəmxanlının ayrıldığı həyat yoldaşından danışıb:

"Mən də pis qayınana olmamışam. Onu çox sevmişəm, sevirəm də. Nəvələrimin anasıdır, ona hər zaman hörmət edirəm. Gözəl anadır, övladlarını gözəl yetişdirir. Ona qarşı içimdə kin yoxdur. Oğlumla nə problem yaşayar özü bilər. Onun könlümdə qurduğu taxt başqadır, onu oradan heç kim düşürə bilməz". 

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью