Keçmiş hakim kuryerlik edir

04.06.2025

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Futboldan uzaqlaşdırılan ingiltərəli hakim Devid Kut özünə yeni peşə tapıb.

Yenisabah.az The Sun-a istinadla xəbər verir ki, o, hazırda kuryerlik edir.

Keçmiş hakim bir sıra insidentlərdən, o cümlədən  "Liverpul"in keçmiş baş məşqçisi Yurgen Klopp barədə təhqiramiz ifadələr işlətdiyi videosunun yayılmasından sonra cəzalandırılıb. Ötən ilin noyabrında UEFA onu 18 aylıq diskfalifikasiya edilib.

Kutun Avro-2024 zamanı qadağan olunmuş preparatlardan istifadə etməsi də sübut olunub.

İngilis hakim açıqlamasında yeni işi ilə bağlı bunları deyib: "Mən sadəcə olaraq irəliləmək istəyirəm. Məqsəd tapmaq və məsuliyyətli olmaq vacibdir. Bu iş mənə rahatlamağa kömək edir. Lakin mən bunu yeni karyera kimi görmürəm".

Kut Devid 2026-cı ilin yayına qədər hakimlikdən kənarlaşdırılıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью