Keçmiş hərbi komissarın avtomobilinin altından partlayıcı qurğu tapılıb FOTO

11.04.2025

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Çuvaş Respublikasının keçmiş hərbi komissarı Bəxtiyor Xolikovun avtomobilinin altından partlayıcı qurğu tapılıb. Avtosfer.az xəbər verir ki, bu barədə “Mash Telegram” kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, bu yaxınlarda polkovnik və ailəsi həyatlarının təhlükəsi səbəbindən yaşayış yerini dəyişiblər. Polkovniki evində quraşdırılmış ağıllı smart kameranın olması onu xilas edib. Cihaz gecə saatlarında kiminsə avtomobilə yaxınlaşması barədə siqnal göndərib. Xolikov xüsusi xidmət orqanlarına zəng edib, istehkamçılar partlayıcıları zərərsizləşdiriblər.

Müstəntiqlərin fikrincə, hərbi komissara qarşı terror aktı Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən hazırlanıb.

Namiq Musayev

Bəxtiyor Xolikov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью