Keçmiş həyat yoldaşından 28 il sonra üzr istədi

03.06.2026

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hollivud aktyoru Mikki Rurk keçmiş həyat yoldaşı, model Karre Otisdən evlilikləri başa çatdıqdan 28 il sonra ictimai şəkildə üzr istəyib.
Demokrat.az
xəbər verir ki, 73 yaşlı aktyor sosial şəbəkədə paylaşdığı uzun qeyddə keçmiş həyat yoldaşı ilə bağlı peşmanlığını ifadə edərək baş verənlərə görə bütün məsuliyyətin öz üzərində olduğunu bildirib. Rurk paylaşımında illər boyu səhvlər etdiyini və buna görə dərin təəssüf hissi keçirdiyini yazıb.
Mikki Rurk və Karre Otis 1989-cu ildə ekranlara çıxan “Vəhşi orkide” filmi zamanı tanış olaraq münasibət qurublar. Cütlük 1992-ci ildə evlənib və 1998-ci ildə qalmaqallı şəkildə ayrılıb.
Onların münasibətləri uzun müddət mediada müzakirə mövzusu olub. Rurk 1994-cü ildə həyat yoldaşına qarşı zorakılıq tətbiq etdiyi iddiası ilə saxlanılmışdı.
Karre Otis 2011-ci ildə nəşr olunan “Beauty, Disrupted: A Memoir” adlı xatirə kitabında keçmiş evliliyindən və yaşadığı çətinliklərdən bəhs edib. Model kitabda Rurkun təhlükəsizlik məqsədilə daşıdığı tapançanın çantasında təsadüfən atəş açması nəticəsində sinəsindən yaralandığını yazıb. Onun sözlərinə görə, güllə ürəyinə dəymədən çiynindən çıxıb və ciddi fəsadlardan son anda xilas olub.
Otis həmçinin evlilik dövründə zorakılığa məruz qaldığını, yaşadığı travmaların onu narkotik asılılığına sürüklədiyini etiraf edib.
Model gənclik illərində anoreksiya ilə mübarizə apardığını, daha sonra isə moda sənayesində yaşadığı digər ağır hadisələr barədə də ictimaiyyətə açıqlamalar verib. Hazırda o, modellərin hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərən “Model Alliance” təşkilatının məsləhət şurasında təmsil olunur və qidalanma pozuntuları ilə mübarizə sahəsində fəaliyyət göstərən qurumlarla əməkdaşlıq edir.
Karre Otis 2005-ci ildən Metyu Suttonla evlidir. Cütlüyün Kaya və Ceyd adlı iki qızı var.
Jalə
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью