Keçmiş icra başçısı restoranını satdı 8 milyona Yeni Sabah

08.11.2024

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Cəlilabadın keçmiş icra başçısı, hazırda həbsdə olan Namiq Zeynalova məxsus olduğu deyilən restoran bu günlərdə satılıb. 

“Yeni Sabah” xəbər verir  ki, Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, Novxanıda yerləşən restoranın satın alınmasına 8 milyon manat xərclənib.

Məlumata görə, söhbət Novxanı qəsəbəsində, dəniz kənarında yerləşən və böyük əraziyə malik “La Chateau” restoranından gedir. “Sevgi dolu anları özündə əks etdirən məkan” devizi ilə fəaliyyət göstərən restoranın hansı səbəbdən və indi niyə satıldığı barədə konkret bilgi yoxdur.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью