Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Sabirabad rayon İcra Hakimiyyətinin keçmiş başçısı, sabiq deputat Səmayə Piriyeva vəfat edib.Modern.az-ın məlumatına görə, 79 yaşlı Səmayə Piriyeva uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
S.Piriyeva 1999-2000-ci illərdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.O, I çağırış Milli Məclisin (1995-2000) 94 saylı Hacıqabul–Salyan seçki dairəsindən deputatı olub.Səmayə Aslan qızı Piriyeva 1945-ci il iyunun 17-də Hacıqabul rayonunun Qazıməmməd şəhərində anadan olub.
Azərbaycan Pedaqoji Dillər İnstitutunun rus dili və ədəbiyyatı fakültəsini və Bakı Ali Partiya Məktəbini bitirib.
1995-ci il noyabrın 12-də 94 saylı Hacıqabul-Salyan seçki dairəsindən deputat seçilib.
Milli Məclisin Yerli özünüidarə məsələləri komissiyasının üzvü olub.Yeni Azərbaycan Partiyasının üzvü idi.Allah rəhmət eləsin.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.