Keçmiş icra başçısı sədr oldu

23.06.2026

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sumqayıt Şəhər Ağsaqqallar Şurasına yeni sədr seçilib.

Ölkə.az-ın əldə etdiyi xəbərə görə, bu vəzifəyə şəhərin nüfuzlu ağsaqqallarından olan Eldar İsmayılov gətirilib.

Qeyd edək ki, Eldar Vəkil oğlu İsmayılov 1949-cu il yanvarın 25-də Qazax rayonunun Qaymaqlı kəndində anadan olub.

1990-cı ildə Ali Sovetinin deputatı seçilib.

1991-1992-ci illərdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. 1999- 2014-cü illərdə Sumqayıt Bələdiyyəsinin üzvü olub.

2014-cü ildən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda işlər idarəsinin müdiri-Aparat rəhbəri postunu tutub.

Prezident İlham Əliyevin 2009-cu il noyabrın 16-da imzaladığı sərəncamla "Şöhrət” ordeni ilə təltif edilib.

Xatırladaq ki, Sumqayıt Şəhər Ağsaqqallar Şurasının əvvəlki sədri Təbrik Quliyev bir neçə gün əvvəl istefa verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью