Keçmiş icra başçısı XİN tərəfindən verilən xidməti pasportunu itirib

06.02.2025

Teleqraf.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xətai Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Razim Məmmədov xidməti pasportunu itirib.

Teleqraf.com-un əldə etdiyi xəbərə görə, sənədi ona Azərbaycan Xarici İşlər Nazirliyi verib.

Xidməti pasportun hansı şəraitdə itdiyi məlum olmasa da, onun etibarsız sayılması barədə elan verilib.

Qeyd edək ki, Razim İsa oğlu Məmmədov 1966-cı ildə anadan olub. 2006-2018-ci illərdə Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyətinin başçısı işləyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью