Keçmiş icra başısı: “Ramiz Mehdiyev bizim rayonda seçkinin nəticəsini ləğv etdirdi” | Icma…
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“2006 - 2010-cu illərdə Naftalan şəhər İcra Hakimiyyətinin başçısı olduğum dövrdə Prezident Aparatının rəhbəri Ramiz Mehdiyev ildə bir dəfə bütün şəhər və rayon icra hakimiyyətinin başçılarını toplayıb tədbirlər keçirirdi.
Tədbirlərdə gündəlikdə olan məsələlərlə bağlı məsul şəxslər danışdıqdan sonra Ramiz Mehdiyev zala müraciət edirdi ki, kimin sözü var?
Hər tədbirdə mən əlimi qaldırıb çıxış edirdim və Naftalandakı problemləri deyirdim.
O dövrdə işləyən icra başçıları və PA-nın işçiləri bunun şahidi olub.
Tədbirdən sonra mənə yaxın icra başçıları mənə yaxınlaşıb deyirdilər ki, sən Ramiz müəllimin qarşısında çıxış etməyə qorxmursan?
Mən də cavab verirdim ki, mən niyə qorxmalıyam ki? Bəlkə sizin probleminiz yoxdur, Naftalanda isə problemlər var: ərazi problemi, qaçqınları
Ona görə də imkan yaranıb və mən onları deməliyəm”. “Cebheinfo.az” xəbər verir ki, bunu Naftalanın sabiq icra başçısı Musa Musayev deyib.
Tam oxu
Xəbəri oxu