Keçmiş icra nümayəndəsi öldü

28.02.2025

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Masallı rayonunun keçmiş icra nümayəndəsi İsrail Tağıyev dünyasını dəyişib. 

"Unikal" xəbər verir ki, şəkərli diabet xəstəsi olan İsrail Sabir oğlu Tağıyev fevralın 27-də 64 yaşında vəfat edib.

O, Ərkivan bələdiyyəsinin sədri işləyib və son iş yeri Masallı Rayon İcra Hakimiyyətinin Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi olub.

Xatırladaq ki, 2020-ci ildə İsrail Tağıyevin xüsusi karantin rejimi qaydalarına zidd olaraq sərbəst hərəkət etmələri üçün müxtəlif şəxslərə arayışlar verməsi barədə daxil olmuş məlumat əsasında aparılmış araşdırma zamanı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci  (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью