Keçmiş iş adamı saxta içkinin qurbanı oldu

26.12.2024

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Türkiyədə keçmiş iş adamı 59 yaşlı Rıza Kalkavan saxta içkidən zəhərlənərək ölüb.

Bakupost.az yerli mediaya istinadla bildirir ki, bu barədə məlumatı jurnalist Asena Ozkan yayıb.

Məlumata görə, iş adamı son günlər maddi sıxıntıdan əziyyət çəkib. O, pulsuzluqdan mağazadan 30 litr saxta spirtli içki alaraq, evdə içib. Daha sonra görmə qabiliyyətini itirdiyi üçün dostu tərəfindən xəstəxanaya yerləşdirilib. Lakin həyatını xilas etmək mümkün olmayıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью