Keçmiş işçisi “Baku Elektroniksi” məhkəməyə verdi

23.04.2025

Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İşdən çıxarılan əməkdaş “Baku Elektroniks”lə bağlı məhkəməyə müraciət edib.

Tribunainfo.az xəbər verir ki, iddianı qaldıran əməkdaşın adı açıqlanmır. İşin mahiyyəti əmək mübahisəsidir. İddiaçı işə bərpasını tələb edir.

Bununla bağlı keçmiş əməkdaş Binəqədi rayon Məhkəməsinə müraciət edib. Bu gün qaldırılan iddiaya baxılacaq. İş hakim Elnarə Vəliyevanın icraatındadır.

Qeyd edək ki, “Baku Elektroniks” 1994-cü ildə “NAB Holding”-in bir parçası olaraq Azərbaycanda yaradılıb.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən Rəsul

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью