GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Rusiya barbarlar ölkəsi deyil, zəngin mədəniyyətə malikdir, ona görə də onu “şeytan” kimi qələmə vermək olmaz”.
Globalinfo.az xəbər verir ki, bunu Almaniyanın keçmiş kansleri Gerhard Şröder deyib.
Onun sözlərinə görə, Almaniya Ukraynadakı münaqişəni dayandırmaq üçün diplomatik vasitələrdən istifadə etməlidir:
“Almanlar münaqişənin daha da yayılmasının qarşısını almaq üçün gərginləşmə dinamikasını pozmalıdırlar. Rusiyaya “əbədi düşmən” demək olmaz. Bizim müxtəlif tarixi əlaqələrimiz var. İki dünya müharibəsi də “alman ayıbı” olaraq qalır. Bu səbəbdən, Rusiya və Ukrayna ilə sülh üçün çalışmaq bizim xüsusi öhdəliyimizdir”.
Əliyar Xəlil
Globalinfo.az