Keçmiş kəşfiyyat rəhbəri dövlətə xəyanətdə ittiham olunur

24.05.2025

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Finlandiya Təhlükəsizlik və Kəşfiyyat Agentliyinin (SUPO) keçmiş direktoru Antti Pelttari “dövlətə xəyanət” və “vəzifə səlahiyyətlərindən sui-istifadə” maddələri ilə ittiham olunub.

Bizimyol.info xəbər verir ki, Finlandiya Parlamentinin sədri Jussi Halla-aho dünən mətbuata verdiyi açıqlamada, SUPO-nun keçmiş direktoru Antti Pelttarinin hənin təşkilatın direktoru olduğu müddətdə səlahiyyətlərindən sui-istifadə edib-etməməsi ilə bağlı araşdırma aparıldığını açıqlayıb.

Halla-aho bildirib ki, Pelttarinin vəzifəsində qaıb-qalmayacağı ilə bağlı qərar qəbul edilməzdən əvvəl o, Parlament Aparatı tərəfindən sorğu-sual olunacaq.

"YLE" yazır ki, hazırda Finlandiya parlamentinin baş katibi vəzifəsini icra edən Pelttari vəzifə səlahiyyətlərindən sui-istifadədə, həmçinin “təhlükəsizlik sirrini yaymaqla dövlətə xəyanətdə” ittiham olunur.

Digər tərəfdən, Pelttari "X" sosial media hesabından verdiyi açıqlamada, SUPO direktoru vəzifəsində çalışarkən bu qurumdan bəzi təqaüdçü məmurların məxfi məlumatları əldə etməsi halında hadisəyə müdaxilə etmədiyi üçün cinayət istintaqında sorğu-sual edildiyini iddia edib.

Əlavə şərh vermək istəmədiyini qeyd edən Pelttari ona qarşı irəli sürülən ittihamları rədd edib.

Pelttari 2011-2023-cü illərdə SUPO direktoru vəzifəsində çalışıb və 2024-cü ilin yanvarında Parlamentin Baş Katibi vəzifəsinə başlayıb.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью