Keçmiş komanda yoldaşı Messinin baş məşqçisi olacaq FOTO

23.11.2024

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Lionel Messinin də çıxış etdiyi ABŞ-nin "İnter Mayami" klubunun yeni baş məşqçisi bəlli olub. 

"Qafqazinfo" xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

Onun iddiasına görə, Mayami klubunu Argentina U-20 millisinin baş məşqçisi Xavyer Maskerano çalışdıracaq. Onunla 3 illik müqavilə imzalanacaq. 

Qeyd edək ki, Xavyer Maskerano "İnter Mayami"nin kapitanı Lionel Messi ilə Argentina millisində və "Barselona"da komanda yoldaşı olublar. 
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью