Keçmiş komanda yoldaşı Messiyə baş məşqçi gəlir

23.11.2024

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Lionel Messinin də çıxış etdiyi ABŞ-nin “İnter Mayami” klubunun yeni baş məşqçisi bəlli olub. 

Ölkə.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

Onun iddiasına görə, Mayami klubunu Argentina U-20 millisinin baş məşqçisi Xavyer Maskerano çalışdıracaq. Onunla 3 illik müqavilə imzalanacaq. 

Qeyd edək ki, Xavyer Maskerano “İnter Mayami”nin kapitanı Lionel Messi ilə Argentina millisində və “Barselona”da komanda yoldaşı olublar. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью