Keçmiş komanda yoldaşı Messiyə baş məşqçi gəlir

23.11.2024

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Lionel Messinin də çıxış etdiyi ABŞ-nin “İnter Mayami” klubunun yeni baş məşqçisi bəlli olub. SİA xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Onun iddiasına görə, Mayami klubunu Argentina U-20 millisinin baş məşqçisi Xavyer Maskerano çalışdıracaq. Onunla 3 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Xavyer Maskerano “İnter Mayami”nin kapitanı Lionel Messi ilə Argentina millisində və “Barselona”da komanda yoldaşı olublar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью