Keçmiş komandasına qarşı divar oldu, iki relorda imza atdı

26.04.2025

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

Cümə günü keçirilən PSJ - "Nitsa" matçında Luis Enrikenin yetirmələri hədəfə 13 zərbə vursalar da, 1 qol vurublar.

Fanat.Az xəbər verir ki, gecənin qəhrəmanı 12 seyv edən “qartallar”ın polşalı qapıçısı Martsin Bulka olub. 

"Opta"-nın məlumatına görə, o, eyni anda iki rekorda imza atıb.

Bir matçda edilən 12 sey  bu mövsüm Liqa 1-də bütün qapıçılar arasında ən yüksək nəticədir. Bu, həm də "Opta" statistika portalının bütün tarixi ərzində (2006-cı ildən bu yana) "Nitsa"nın qapıçıları üçün rekorddur.

Qeyd edək ki, polşalı qolkiper 2019-2022-ci illərdə PSJ ilə müqavilə bağlasa da, əsas heyətdə iki oyun keçirib. Bir neçə dəfə icarəyə gömdərilən Bulka 2022-ci ilin iyulunda "Nitsa" tərəfindən iki milyon avroya birdəfəlik alınıb.

Mirağa

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью