Keçmiş köməkçisinə təcavüzdə təqsirli bilindi

12.06.2025

Axsham.az saytına istinadən Icma.az xəbər verir.

Təcavüz və cinsi zorakılıqda təqsirləndirilən məşhur Hollivud prodüseri Harvi Vaynşteynin növbəti məhkəməsi baş tutub.

Axşam.az xəbər verir ki, Nyu-Yorkun münsiflər heyəti bu gün Vaynşteyni 2006-cı ildə keçmiş köməkçisi Miriam Heyliyə cinsi təcavüzdə təqsirli biliblər. Ancaq prodüserə 2002-ci ildə 16 yaşlı aktrisa olmaq istəyən Kaja Sokolaya təcavüz etməsi məsələsində bəraət veriblər.

Münsiflər 2013-cü ildə aktrisa Cessika Mannın zorlanması iddiası ilə bağlı şikayətdə isə yekdil qərara gəlməyiblər. Qərar üzrə müzakirələr bu gün davam edəcək.

Xatırladaq ki, 2020-ci ildə Harvi Vaynşteyn iki cinsi zorakılıqda təqsirli bilinərək 23 il müddətinə azadlıqdan məhrum edilib. Lakin 4 il sonra apellyasiya məhkəməsi proses zamanı bəzi  pozuntular olduğunu əsas gətirərək bu hökmü ləğv edib. Təxminən eyni vaxtda 72 yaşlı Vaynşteynə sümük iliyi xərçənginin bir növü - xroniki miyeloid leykemiya diaqnozu qoyulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью