Keçmiş konsul İlqar İbrahimov evində ölü tapılıb

11.06.2025

Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın Özbəkistandakı səfirliyində konsul vəzifəsində çalışmış İlqar İbrahimov evində ölü tapılıb.

Mia.az Bakupost-a istinadən xəbər verir ki, o, qış aylarında Bakıya qayıdıbmış.

İlqar İbrahimovun ölümünün səbəbi bəlli deyil.

Qeyd edək ki, o, uzun müddət diplomatik xidmət sahəsində çalışıb, Azərbaycanın Özbəkistandakı səfirliyində birinci katib və konsul vəzifələrini tutub.

Məsələ ilə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətindən bildirilib ki, səfirliklərin və XİN-in heyəti barədə mətbuata məlumat verilmir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью