Icma.az, Azertag saytına istinadən bildirir.
Tərtər, 22 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Bu gün yurd həsrətimiz sona çatır. Uzun ayrılıqdan sonra doğma yurda qovuşuruq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri bu gün Ağdərə rayonunun Həsənriz kəndinə köç edən keçmiş məcburi köçkün Əflatun Qarayev söyləyib.
“Üstümüzdən Vətən həsrəti deyilən ağır bir yük götürülür. Bu sevinci, keçirdiyimiz bu hissləri bizə yaşadan Prezidentimizə, Ordumuza minnətdaram. Allahdan şəhidlərimizə rəhmət, qazilərə sağlamlıq diləyirəm”, - deyə o bildirib.