Keçmiş məcburi köçkün: Cəbrayılın həsrətini çəkməkdən vaxtsız qocaldım | Icma.az
Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. Cəbrayılın həsrətini çəkməkdən vaxtsız qocaldım.
“Report” xəbər verir ki, bunu keçmiş məcburi köçkün Məhluqə Eyvazovа söyləyib. “Cəbrayıl bizim doğma vətənimizdir.
32 il oranın həsrəti ilə yaşamışıq. İndi öz vətənimizə getdiyimizə görə sevinirik.
Məmləkətimizi tərk edəndə oğlumuz balaca idi, 4-cü sinifdə oxuyurdu”, – o deyib. M.
Eyvazova Cəbrayıl rayonundan həyat yoldaşı və dörd oğlu ilə birgə didərgin salındığını qeyd edib. “Gözəl yaşayışımız var idi.
Didərgin düşəndən sonra oranın həsrətini çəkməkdən vaxtsız qocaldım”, – Cəbrayıl sakini vurğulayıb.
Xatırladaq ki, yanvarın 18-də növbəti köç karvanı Cəbrayıl şəhərinə yola salınıb.
Bizim Telegram kanalımıza abunə olun Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu