Keçmiş məcburi köçkün: Doğma torpağımıza qayıtmaqdan çox sevincliyəm AZƏRTAC

13.01.2025

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 13 yanvar, AZƏRTAC

Sevincimdən gecəni yata bilməmişəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri Cəbrayıl şəhərinə qayıdan keçmiş məcburi köçkün Elmira Aslanxanlı deyib.

“Cəbrayılı tərk edəndə 38 yaşım vardı. Ömrümün ən enerjili, coşqun vaxtları idi. Bu gün doğma torpağımıza qayıdırıq və buna görə çox sevincliyəm. Bu sevinci sözlə ifadə edə bilmirəm. Ürəyimdə sanki alov, qığılcım var. İşğaldan azad edilən rayon və kəndlərimizi qarış-qarış gəzmişəm”, - Cəbrayıl sakini qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью