Keçmiş məcburi köçkün: Doğma torpaqlara qayıdışın sevincini yaşayırıq

15.08.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Ağdam, 15 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC

Uzun illər Vətən həsrəti, yurd nisgili ilə yaşamışıq. Artıq yurd həsrəti, köçkünlük həyatı, çəkdiyimiz çətinliklər geridə qalır. İndi doğma torpaqlara qayıdışın sevincini yaşayırıq.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Ağdərənin Vəngli kəndinə köç edən Nadir Məmmədov deyib.

"Bu gün böyük tarixi hadisələrə şahidlik edirik. Bunlardan biri də Qarabağa Böyük Qayıdışdır. Xoşbəxtəm ki, mən də bu prosesin iştirakçısıyam. Bu xoşbəxtliyi bizə yaşadan Ordumuza, Prezidentimizə minnətdaram", - deyə Nadir Məmmədov bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью