Keçmiş məcburi köçkün: Həsrətində olduğumuz torpaqlara qovuşuruq

24.06.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Tərtər, 24 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC

Hər dəfə televiziyada keçmiş məcburi köçkünlərin işğaldan azad olunan şəhər və kəndlərə qayıdışını həyəcanla izləyir, özümün də doğma yurda qovuşacağım günü səbirsizliklə gözləyirdim. Nəhayət o gün gəldi – bu gün ailəmlə birgə həsrətində olduğumuz torpaqlara qovuşuruq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri bu gün Ağdərə rayonunun Həsənriz kəndinə köç edən keçmiş məcburi köçkün Gülbəniz Cabbarova söyləyib.

“Azad Qarabağımız yenidən qurulur, inkişaf edir, yurd yerlərimiz doğma sakinlərini qoynuna alır. Bu, biz keçmiş məcburi köçkünləri sevindirir, qürurlandırır. Bütün bunlara görə Prezidentimizə, Ordumuza minnətdarıq. Bu yolda canını fəda edən şəhidlərimizə rəhmət, sağlamlığından keçən qazilərimizə şəfa diləyirəm”, - deyə o bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью