Keçmiş məcburi köçkün: illərdir doğma ocağa qayıdacağımız günü gözləyirdik

30.04.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 30 aprel, AZƏRTAC

İllərdir doğma ocağa qayıdacağımız günü gözləyirdik. Allaha şükür edirəm ki, bu günü görmək nəsibim oldu.

Bu sözləri AZƏRTAC-a müsahibəsində keçmiş məcburi köçkün Mətanət Əliyeva söyləyib.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməlləri atılır.

Mətanət Əliyeva əlavə edib ki, ölkə başçısı İlham Əliyevin xüsusi nəzarəti altında işğaldan azad olunmuş ərazilər sistemli şəkildən minalardan təmizlənir. O, Allahdan şəhidlərmizə rəhmət, qazilərimizə isə tükənməz iradə və güc arzulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью