Keçmiş məcburi köçkün: İllərdir həsrətində olduğum torpaqlara qayıdıram

15.08.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Ağdam, 15 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC

Bu gün mənim üçün ən əlamətdar, gözəl bir gündür. Çünki illərdir həsrətində olduğum torpaqlara qayıdıram. Qarabağın dağlarını görmək, torpağına ayaq basmaq kimi ən böyük arzuma çatıram.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Ağdərənin Kolatağ kəndinə köç edən keçmiş məcburi köçkün Əntiqə Paşayeva deyib.

“Mən bu günü bizə yaşadan hər kəsə – Prezidentimizə, əsgərlərimizə, qazilərimizə minnətdarlığımı bildirirəm, şəhidlərimizin ruhu qarşısında baş əyirəm”, - deyə Ağdərə sakini bildirib.

Qeyd edək ki, bu gün Ağdərənin Kolatağ kəndinə ilk köç karvanı yola salınıb. İlk mərhələdə Kolatağ kəndinə 26 ailə - 89 nəfər köçürülür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью