Keçmiş məcburi köçkün: İllərdir qəlbimdə daşıdığım arzum gerçəkləşir

08.09.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Ağdam, 8 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

İnsanın arzuları gerçəkləşəndə xoşbəxt olur. Ötən 33 il ərzində doğma torpaqlara qayıtmaq, yurdumun havasını udub, suyunu içmək mənim ən böyük arzum idi. Bu gün mən xoşbəxtəm, çünki illərdir qəlbimdə daşıdığım arzum gerçəkləşir.

Bu sözləri Ağdamda AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Xocalının Xanyurdu kəndinə köç edən Oruc Mehrəliyev deyib.

“Bu xoşbəxtliyi bizə yaşadan, bizi doğma yurdumuza qovuşduran Müzəffər Ali Baş Komandana və Rəşadətli Ordumuza sonsuz təşəkkür edirəm. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm”, - deyə o bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью