Keçmiş məcburi köçkün: Sevə sevə Zəngilanıma qayıdıram

27.01.2026

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"30 il idi qaldığım Xırdalan şəhərində harasa çıxmağa həvəsim yox idi. Amma indi Zəngilana qaça-qaça gedirəm".

Oxu.Az-ın məlumatına görə, bunu bu gün növbəti köç karvanı ilə Zəngilana qayıdan keçmiş məcburi köçkün Əkbər Hüseynov deyib.

O bildirib ki, Zəngilandan məcbur köçkün kimi 32 yaşında çıxıb:

"Bir az səhhətimdə də problem var idi. Heç yerə çıxmağa həvəsim yox idi. Amma bu gün sevə-sevə Zəngilanıma qayıdıram. Buna görə başda Ali Baş Komandan olmaqla əziyyəti olan hər kəsə təşəkkür edirəm. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin".

Samir Əli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью