Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. "Xankəndidən tək çıxmışam, tək də qayıdıram".
Bu sözləri Oxu.Az-a açıqlamasında Bakıdan Xankəndi şəhərinə köç edən keçmiş məcburi köçün Pəniyeva Pərvanə deyib.
O bildirib ki, 33 ildən sonra Xankəndiyə qayıtmaq qürurvericidir: "Birotaqlı evlə təmin olunmuşam.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq.
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!" Xatırladaq ki, bu gün Xankəndi şəhərinə ilk köç karvanı yola salınır.
Bu mərhələdə 36 ailə (162 nəfər) öz doğma yurduna köçürülür. Məlik Məlikov Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.