Keçmiş məcburi köçkünlərə büdcədən bu qədər vəsait ayrılacaq

19.11.2024

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

“Keçmiş məcburi köçkünlərin sosial müdafiəsi üçün dövlət büdcəsindən 311 milyon manat vəsait ayrılması proqnozlaşdırılır”.

“Qafqazinfo” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirələri zamanı deyib.  

“Bunun 280 milyon manatı keçmiş məcburi köçkün və ya onlara bərabər tutulan şəxslərin vahid aylıq müavinətlərinə, 31 milyon manatı isə kommunal xidmətlərə ayırılması proqnozlaşdırılır”, - deyə nazir qeyd edib. 

Nuranə Daxilqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью