Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
Bakı, Biləsuvar və Bərdə rayonlarında keçmiş məcburi köçkünlər üçün salınmış yaşayış qəsəbələrində inzibati binaların, fərdi evlərin və mənzillərin təmir edilməsi nəzərdə tutulur.
BAKU.WS-in məlumatına görə, təmir işləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən icra ediləcək.
Layihənin ehtimal olunan qiyməti 849 min 995 manat müəyyənləşdirilib. Nəzərdə tutulan işlər əsasən binaların və yaşayış evlərinin yararsız vəziyyətə düşmüş hissələrinin yenilənməsini əhatə edir.
Qeyd edək ki, bu cür təmir işləri keçmiş məcburi köçkünlərin məskunlaşdığı yaşayış qəsəbələrində mənzil fondunun qorunması, köhnəlmiş tikinti elementlərinin yenilənməsi və yaşayış şəraitinin yaxşılaşdırılması baxımından əhəmiyyət daşıyır.