Keçmiş məcburi köçkünlərin iştirakı ilə Bərdədə fləşmob keçirilib AZƏRTAC

22.11.2024

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 22 noyabr, AZƏRTAC

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi keçmiş məcburi köçkünlərin iştirakı ilə fləşmob keçirib.

Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Bərdə şəhərində çəkilişi aparılan fləşmobda doğma yurda qayıtmağa hazırlaşan keçmiş məcburi köçkünlər Böyük Qayıdışla bağlı şüarlar səsləndiriblər.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapışırıqlarına uyğun olaraq Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış Proqramı intensiv qaydada icra edilir.

Fləşmobla bağlı hazırlanmış videoçarx Dövlət Komitəsinin rəsmi internet səhifəsində və sosial şəbəkə hesablarında paylaşılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью