Keçmiş məcburi köçkünlərin iştirakı ilə Bərdədə fləşmob keçirilib VİDEO AZƏRTAC

22.11.2024

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 22 noyabr, AZƏRTAC

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi keçmiş məcburi köçkünlərin iştirakı ilə fləş-mob keçirib.

Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Bərdə şəhərində çəkilişi aparılan fləş-mobda doğma yurda qayıtmağa hazırlaşan keçmiş məcburi köçkünlər Böyük Qayıdışla bağlı şüarlar səsləndiriblər.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış Proqramı intensiv qaydada icra edilir.

Fləş-mobla bağlı hazırlanmış videoçarx Dövlət Komitəsinin rəsmi internet səhifəsində və sosial şəbəkə hesablarında paylaşılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью