Keçmiş məhkum 5 kq narkotiklə tutuldu VİDEO

30.01.2026

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a bildirilib ki, tədbir zamanı əvvəllər də analoji və digər cinayət əməllərinə görə məhkum olunmuş 62 yaşlı Elmi Məmmədov saxlanılıb. Onun əlində olan bağlamaya baxış zamanı 4 kiloqram 300 qrama yaxın marixuana və tiryək aşkarlanıb. E.Məmmədov ifadəsində narkotikləri sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan naməlum İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktlarla bağlı cinayət işi başlanılıb, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Oxunub 22

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью