Keçmiş məhkum bu dəfə saxta pula görə tutuldu

11.01.2025

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Binəqədi və Nəsimi rayonları ərazisində yerləşən 2 obyektdə naməlum şəxsin alış-veriş edən zaman kassaya saxta pul əskinasları verməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, keçirilən tədbirlərlə qeyd edilən əməli törətməkdə şübhəli bilinən, əvvəllər dələduzluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş A.Nuriyev müəyyən olunaraq saxlanılıb.

Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanaraq götürülüb.

Araşdırmalar aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью