Keçmiş məhkum: Əfv olunacağımı gözləmirdim

26.05.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 26 may, AZƏRTAC

Üç il altı ay müddətinə azadlıqdan məhrum olunmuşdum. Cəza müddətimin bitməsinə dörd ay səkkiz gün qalmış Əfv Sərəncamına düşdüm. Buna görə Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri Penitensiar xidmətin 6 saylı cəzaçəkmə müəssisəsindən əfv olunaraq azadlığa buraxılan Sərdar Soltanov deyib.

Əfv üçün şəxsən müraciət etdiyini bildirən keçmiş məhkum sevincinin həddi-hüdudunun olmadığını deyib: "Əfv olunacağımı gözləmirdin. İlk məhkumluğumdur. Çox sevincliyəm",- deyə o qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью