Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı Saxlanıldı

13.06.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Paytaxtın Nərimanov rayonunda talama cinayəti qeydə alınıb.

Daxili İşlər Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, zərərçəkən polisə müraciət edərək gödəkcəsinin cibindən 5000 dollar nağd pulun naməlum şəraitdə oğurlandığını bildirib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı İ.Süleymanov müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı onun restoranların birində zərərçəkənin paltar dolabına asdığı gödəkcəsinin cibindən pul vəsaitini taladığı məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью