Keçmiş məhkum qətlə görə tutuldu

22.04.2025

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Bakıda qətl hadisəsi törədilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Binəqədi rayonu ərazisində Ədil Məhərrəmov adlı şəxsə bizlə ağır xəsarətlər yetirilib. Daxili orqanları zədələnən şəxsin həyatını xilas etmək mümkün olmayıb.

Polisin keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakini, əvvəllər qətl və digər cinayətlərə görə məhkum edilmiş 1968-ci il təvəllüdlü Nəcəf Qafarov tutulub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью