Keçmiş məhkumda 7 kq marixuana aşkarlandı VİDEO

14.02.2026

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Ağcabədidə 7 kiloqram narkotik dövriyədən çıxarılıb.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə,Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş İntiqam Ağayev saxlanılıb.

Onun üzərinə və narkotiki saxladığı yarımtikiliyə baxış zamanı 7 kiloqramdan artıq marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə İ.Aǧayev barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Oxunub 12

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью