Keçmiş məhkumlardan narkotik vasitə aşkarlandı

26.05.2025

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.

"Unikal" xəbər verir ki, daxil olan əməliyyat məlumatları əsasında polis əməkdaşlarının Sumqayıt şəhəri və Xətai rayonlarında həyata keçirdikləri tədbirlər nəticəsində əvvəllər məhkum olunmuşlar - 32 yaşlı E.Bayramov və 45 yaşlı S.Əkbərov saxlanılıblar. Onlardan 1 kiloqramdan artıq narkotik vasitə və 50 psixotrop tərkibli həb aşkarlanıb.

Araşdırma aparılır.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью