Keçmiş məsciddə partlayış olub, ölənlər və yaralananlar var

17.11.2024

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Qazaxıstanın Akmola vilayətinin Sabındı kəndindəki keçmiş məsciddə qaz partlayışı nəticəsində üç nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi bildirib.

“1978-ci il təvəllüdlü bir kişi həlak olub. Xilasedicilər dağıntılar altından 1983-cü il təvəllüdlü bir qadının və 2012-ci il təvəllüdlü bir uşağın cəsədini tapıblar. 16 yaralı Astana şəhər xəstəxanasına çatdırılıb”, – məlumatda diqqətə qeyd olunub.

Məlumata görə, xilasedicilər binadan altı qaz balonunu çıxarıblar, ümumilikdə isə yeddi balon olub.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью