Keçmiş mətbuat katibindən Zelenskiyə mesaj

24.11.2025

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

“Münaqişənin həlli üçün Ukraynaya təklif edilən hər bir sonrakı razılaşma sonuncudan daha pis olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendel deyib.

O bildirib ki, ordu cəbhə xəttində məğlubiyyətə uğrayır:

“Çoxu hər hansı sülh nizamlanmasına qarşı çıxanda Ukraynanı müdafiə etdiklərinə inanırlar, lakin bu insanlar cəbhə xəttində və ölkədə vəziyyətin əslində nə olduğunu bilmirlər. ABŞ-ın Ukraynaya dair sülh planı tez bir zamanda qəbul edilməlidir. Avropa İttifaqı (Aİ) Kiyevi kifayət qədər dəstəkləmək imkanlarına malik deyil”.

Bundan əvvəl Ağ Ev məlumat vermişdi ki, Cenevrədəki danışıqlardan sonra ABŞ administrasiyası və Ukrayna nümayəndə heyəti münaqişənin həlli planını müzakirə etmək və təkmilləşdirmək barədə razılığa gəliblər.

Əliyar Xəlil
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью