Keçmiş MTN in məşhur generalı AZADLIĞA BURAXILDI

11.10.2025

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2021-ci ilin aprelində həbs olunan keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalı olmuş Nizami Şirinov azadlığa buraxılıb.

BAKU.WS Musavat.com-a istinadən xəbər verir ki, o, oktyabrın 7-də cəza müddətinin bitməsi ilə əlaqədar 9 saylı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb.

Qeyd edək ki, məhkəmənin qərarları ilə Nizami Şirinovun rütbəsi alınıb. Nizami Şirinov səkkiz il azadlıqdan məhrum edilmişdi. Apellyasiya Məhkəməsi cəzanı altı ilə, Ali Məhkəmə isə 4 il 6 aya endirmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью