Keçmiş müsavatçı intihar etdi FOTO

30.05.2025

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Müsavat Partiyasının Neftçala rayon təşkilatının keçmiş sədri Sabir Abuzərov intihar edib.


Bakupost.az xəbər verir ki, o, özünü Neftçalada beşmərtəbəli evin damından atıb.

Qeyd edək ki Sabir Abuzərov 1958-ci ildə Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olub. İxtisasca riyaziyyatçı olan S.Abuzərov müəyyən müddət rəsmi işlərdə – rayon icra hakimiyyətində təlimatçı və şöbə müdiri vəzifələrində çalışsa da, müəllimlik peşəsindən ayrılmayıb.

Riyaziyyat müəllimi olsa da, ömrü boyu tariximizi araşdırmaq onun əsas məşğuliyyətlərindən biri olub.

Buna görə də onu çoxları tarixçi kimi tanıyırdi.


Aysel,

PakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью