Tribuna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb.
O bildirib ki, xanım Babayeva Avropadakı bütün biznesini Böyük Britaniyaya köçürüb.
Həsənli qeyd edib ki, keçmiş nazirin həyat yoldaşına məxsus Lüksemburqdakı MERCURY HOLDİNGS Sàrl.
2017-ci ildən bu ilin yanvarına qədər fəaliyyət göstərib və birinci il onun aktivlərinin həcmi 82.3 milyon avro olub.
Həsənli daha sonra yazıb ki, Aliyə Babayeva Britaniyada eyni adlı şirkəti 2023-cü ilin fevralında təsis edib.
“Bu ilin yanvarında Lüksemburqdakı şirkət ləğv olunan kimi Britaniya Şirkətlər Evində yeni şirkətin benefissiarı elan olunub”.